• $
  • €
  • ₽
  • ₺
  • £

"Türk Hava Yolları" Gəncəyə və Naxçıvana uçuşları bərpa edib

"Türk Hava Yolları" Gəncəyə və Naxçıvana uçuşları bərpa edib
15.05.2021 11:40
Türkiyənin "Türk Hava Yolları" şirkəti İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa edib.

"Türk Hava Yolları" şirkətinə məxsus təyyarə bu gün səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb. Qarşılanma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın Gəncədəki nümayəndəsi Cabir Peçe iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev İstanbul-Gəncə-Naxçıvan reysinin 14 aylıq vasilədən sonra bərpa olunması münasibətilə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın nümayəndələrinə şəhər rəhbəri Niyazi Bayramovun təbriklərini çatdırıb. O bildirib ki, Gəncənin yerləşdiyi coğrafi mövqe olduqca əlverişlidir.

Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi, 2021-ci ilin "Nizami Gəncəvi ili” elan olunması və ümumilikdə Qərb bölgəsinin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn turistlərin sayına müsbət təsir edəcək. Sözügedən reys sadəcə Gəncəyə yox, ətraf ərazilərə səfər edəcək olan turistlərin də işini asanlaşdıracaq.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Türkiyə-Azərbaycan əlaqələri daim genişlənir.
 
Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizasız şəkildə səyahət edə bilərlər. İstanbul-Gəncə-Naxçıvan reysi Azərbaycan vətəndaşlarının Türkiyəyə, Türkiyədən də dünyaya çıxışını təmin edəcək.

Qeyd edək ki, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Uçuşlar pandemiya qaydalarına riayət olunmaqla təşkil olunacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol