• $
  • €
  • ₽
  • ₺
  • £

"AQTA"bu restoranları cərimələdi - SİYAHI

"AQTA"bu restoranları cərimələdi - SİYAHI
17.05.2021 17:51
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Anews.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 16-da ölkə üzrə 438 ictimai iaşə obyektində 774 monitorinq keçirilib. Monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu‎, Novxanı qəsəbəsində yerləşən, hüquqi şəxs "Tanar" firmasına məxsus "My Beach” restoranı;

2. Bakı şəhəri, Binəqədi rayonu‎, Əcəmi Naxçıvani küçəsində yerləşən, fiziki şəxs Qasımov Sərxan Aslan oğluna məxsus kafe;

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ştq, B. Əliyev küç., ev 10/14a‎ ünvanında yerləşən, fiziki şəxs Əliyev Yusif Yaşar oğluna məxsus yeməkxana;

4. Bakı şəhəri, Nizami rayonu‎, Abbasov küç., ev 38 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Yaqub Nazir oğluna məxsus "Seven” pub;

5. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, fiziki şəxs Yarışev Teyyub Əyyub oğluna məxsus "Tolishon" restoranı;

6. Bakı şəhəri, Yasamal Rayonu, Tbilisi pr., ev 49C ünvanında yerləşən, fiziki şəxs Alməmmədov İsgəndər İsmayıl oğluna məxsus "Çıraq Plaza” mehmanxanasının tərkibində fəaliyyət göstərən kafe;

7. İsmayıllı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Mikayılov Emin Bəxtiyar oğluna məxsus kafe;

8. Qusar rayonu, Xuray kəndində yerləşən, fiziki şəxs Yüzbəyov Zahid Novruz oğluna məxsus kafe;

9. Ağstafa rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Abdullayeva Aksana Əmrah qızına məxsus kafe;1

10. Masallı rayonu, Z. Əliyeva küç., Bakı-Astara şosesində yerləşən, fiziki şəxs Məmmədova Aytəkin Xalıq qızına məxsus "Ulduz” kafesi;

11. Gəncə şəhəri, Adil İskəndərov küçəsi 59 ünvanında yerləşən, hüquqi şəxs "Sehirli Naftalan" MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol