Astara gömrük postunda 244 kiloqramdan artıq heroin aşkarlanıb
20.05.2021 16:02
"Azərbaycanın gömrük orqanlarının əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçiriblər".
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
"Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib”, - deyə o, qeyd edib.