• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqifin məqbərəsinin bərpası yay aylarında başa çatacaq

Vaqifin məqbərəsinin bərpası yay aylarında başa çatacaq
21.05.2021 09:40
İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə Şuşadan başlamışıq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilin əvvəlindən artıq üç dəfə Şuşa şəhərində olublar. Bu səfərlər Şuşada aparılacaq mədəni quruculuq işlərinə ölkə rəhbərliyinin həssas münasibətini göstərir. Şəhərdə bir sıra tarix-mədəniyyət abidələrinin bərpası prosesi gedir. Vaqifin məqbərəsinin bərpası yay aylarında başa çatacaq.
 
Bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, bərpa prosesində xarici mütəxəssislərin təcrübəsindən də istifadə ediləcək:

"Bir sıra ölkələrin bu sahədə fəaliyyət göstərən şirkətlərinin də işlərə cəlb edilməsi nəzərdə tutulur. Bu il Şuşada Vaqif poeziya günlərinin keçirilməsi də nəzərdə tutulur. Türk dünyası təşkilatları da bu tədbirlərə dəstək vermək, yaxından iştirak etmək istəyirlər. Şuşa ilə bağlı çox əhəmiyyətli bir təklif ICESCO-dan gəldi. Təşkilatın rəhbərinin bu ilin yanvar ayında ölkəmizə səfəri zamanı Şuşanın "İslam mədəniyyətinin paytaxtı” elan edilməsi təklif olundu. Eyni zamanda TÜRKSOY təşkilatı Şuşanın 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini təklif etdi. Bu da Türk-İslam dünyasının qədim Şuşa şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol