Bakıda ictimai yerdə koronavirus xəstəsi saxlanılıb

Bakıda COVID-19 xəstəsi ictimai yerdə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 19-da Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini K.İbrahimova ictimai yerdə aşkar edilərək saxlanılıb.
www.anews.az
























