• $
  • €
  • ₽
  • ₺
  • £

Norilsk-Ufa-Bakı istiqamətində uçuşlara başlanılıb

Norilsk-Ufa-Bakı istiqamətində uçuşlara başlanılıb
24.05.2021 23:59
Rusiyanın "NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı və əks istiqamətdə müntəzəm uçuşları bərpa edib.

"Report” aviaşirkətin saytına istinadən xəbər verir.

Norilskdən ilk aviareys mayın 21-də Ufa və Bakıya tam dolu gedib. Aviareyslər həftədə bir dəfə, cümə günü həyata keçirilir. Təyyarə yerli vaxtla Norilskdən 11:15-də qalxacaq, 12:50-də Ufa hava limanına çatacaq. Təyyarə Azərbaycana yerli vaxtla 17:10-da çatır.

Əks istiqamətdə isə Bakıdan təyyarə cümə günü yerli vaxtla 18:50-də qalxır, Ufaya 22:35-də çatır, Ufadan isə şənbə günü gecə 01:50-də qalxır və 07:15-də Norilskə çatır. Aviareys "Boeing 737-800” təyyarəsi ilə həyata keçirilir.

Azərbaycana uçuşa yalnız Azərbaycan vətəndaşlarına, diplomatik nümayəndəliklərin əməkdaşlarına və ailə üzvlərinə, Azərbaycan vətəndaşlarının ailə üzvü olan xarici vətəndaşlara, Azərbaycanda işləməyə icazə verilən xarici vətəndaşlara, Azərbaycanda təhsil alan şəxslərə, həmçinin Nazirlər Kabinetinin Qərargahından xüsusi icazəsi olan xarici vətəndaşlara icazə verilir.

Azərbaycana gələn sərnişinlər koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olmalıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol