• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 1000-dən artıq insan yod çatışmazlığından əziyyət çəkir

Azərbaycanda 1000-dən artıq insan yod çatışmazlığından əziyyət çəkir
25.05.2021 21:00
"Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın 30-a yaxın rayonunu orta dərəcəli yod çatışmazlığı olan ərazi kimi qəbul edib. Ötən ilin rəqəmlərinə nəzər salsaq, ilkin diaqnozla uşaqlar (0-13 yaş daxil olmaqla) 129, yeniyetmələr (14-17 yaş daxil olmaqla) 17, gənclər (18 - 29 yaş daxil olmaqla) 397, böyüklər (30-dan yuxarı) 1 209 nəfər olmaqla qeydiyyata alınıb".

"Report" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti Azər Hümmətov deyib.

Onun sözlərinə görə, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Xaçmaz, Lənkəran, Naxçıvan bu ərazilər orta yod çatışmazlığı olan ərazilərdir: "Bu göstərici də sidikdə yodun analiz nəticəsi zamanı bəlli olur. Bu göstəricilərə əsasən ölkəmiz orta dərəcəli yod çatışmazlığı olan ərazilərə aid edilir. Qalxanabənzər vəzi xəstəliklərini iltihabi və qeyri-iltihabi olaraq bölmək olar. Qalxanabənzər vəzinin qeyri-iltihabi xəstəlikləri dedikdə bildiyimiz zob, yəni vəzinin böyüməsi nəzərdə tutulur. Qalxanabənzər vəzi düyünləri də xoş və bədxassəli olmaqla 2 hissəyə bölünür. Digər qrup isə qalxanabənzər vəzinin iltihabi xəstəlikləridir.
 
Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır".

A.Hümmətov qeyd edib ki, qalxanabənzər vəzinin lazım olandan az hormon ifrazı xəstələrdə bir çox şikayətə səbəb olur: "Bu əlamətlərə çox asan kilo almaq və ya pəhriz saxlanmasına baxmayaraq kilo verə bilməmək, halsızlıq, qəbizlik, dəridə quruluq, əzələ ağrıları, xolesterin miqdarının artması, qırışıq və xüsusilə göz ətrafında şiş olması, saç tökülməsi, unutqanlıq, soyuğa qarşı həssaslıq və əl-ayaq üşüməsi aiddir. Əgər şəxsdə bu əlamətlərin bir neçəsi mövcuddursa, qalxanabənzər vəzinin funksiyası mütləq yoxlanılmalıdır. Hipertiroid, yəni qalxanabənzər vəzinin lazım olandan çox hormon ifrazı ümumi olaraq maddələr mübadiləsini sürətləndirir və bundan qaynaqlanan şikayətlərə səbəb olur. Bunların başında iştahanın yaxşı olmasına baxmayaraq kilo itkisi, sakit vəziyyətdə nəbzin dəqiqədə 80-dən yuxarı vurması, döyüntü şikayətləri, təzyiqin yüksəlməsi, istiyə dözümsüzlük və gecə tərləmələri, yuxusuzluq, əsəb, dərinin davamlı olaraq nəmli/tərli olması, əzələ ağrıları və aybaşı pozğunluğu hesab edilir".

"Zobun diaqnozu adətən fiziki müayinə zamanı qoyulur. Zob həmçinin digər səbəblərə görə aparılan radioloji müayinələr (məs., yuxu arteriyalarının USM müayinəsi) zamanı təsadüfi tapıntı da ola bilər. Əgər düyünlərin ultrasəsdə şübhəli göstəricisi aşkarlanarsa biopsiya təyin edilir. Bu nəticələrin 90%-i əksərən xoşxassəli cavab olaraq gəlir. Qalxanabənzər vəzi xərçənginin növləri içərisində ölkəmizdə ən çox papilyar tipə rast gəlinir. Ümumiyyətlə qalxanabənzər vəzi xərçənglərinin 75%-i bu növdür. Bu xərçəng növləri adətən 20-50 yaş arasında, qadınlarda kişilərə nisbətən 3 dəfə artıq müşahidə edilir. Folikulyar tip: bu qrup xəstələr daha çox 40-60 yaş arası qadınlardır. Bu tip qalxanabənzər vəzi xərçənglərinin 10 %-ni təşkil edir. Çox təəssüfki qalxanabənzər vəzi xərçəngi də cavanlaşan xəstəliklərindəndir. Amma qorxmaq lazım deyil. Zamanında müdaxilə ilə təhlükəsiz şəkildə aradan qaldırılır. Zob xəstəliyi irsiyyət daşıyır. Hətta bununla bağlı ölkə ərazisində tədqiqat aparılıb. Daha çox Haşimot (Autoimmun tiroidit) son zamanlar irsiyyətdə daha çox rast gəlinir. Ana xətti ilə ötürülməsi aşkarlanıb, qız uşaqlarında daha çox üzə çıxır. Qeyd etmək istəyirəm ki, Azərbaycan Tibb Universitetinin əməkdaşları olaraq 2017-ci ildə ölkənin endemik bölgələrində məktəblilər arasında qalxanabənzər vəzi xəstəliklərinin yayılma tezliyini öyrənmək məqsədi ilə tədqiqat işi aparmışıq və onun nəticələri beynəlxalq məqalələrdə dərc edilib. Bu istiqamətdə tədqiqat işlərimiz davam etdirilir"- deyə mütəxəssis vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol