• $
  • €
  • ₽
  • ₺
  • £

Ucarda həkim döyüldü

Ucarda həkim döyüldü
29.05.2014 17:59
Ucarda həkim döyülüb. Hadisə bu gün günorta saatlarında Ucar Mərkəzi Rayon Xəstəxanasında (MRX) baş verib. Baş həkimin müavini Ata Hacıyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün Zərdab rayon sakini Qasımova Günel Hümmət qızı doğuş keçirmək üçün ağır vəziyyətdə Ucar MRX-ya gətirilib. Doğuş təbii üsulla mümkünsüz olduğundan, qeysəriyə yolu ilə həyata keçirilməsinə qərar verilib. Əsəblərinə hakim ola bilməyən xəstənin 4-5 nəfər yaxını xəstəxananın cərrahiyyə şöbəsinin müdiri və xəstənin cərrahı Cavanşir Qədirovu döyüblər. Xəsarət almasına baxmayaraq, həkim G.Qasımovanı əməliyyat edərək, öz vəzifə borcunu layiqincə yerinə yetirib. A.Hacıyev xəstəxanada baş verən hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verildiyini və hazırda araşdırma aparıldığını qeyd edib. Qeyd edək ki, G.Qasımova ilk dəfədir ana olur. Ananın da, dünyaya gətirdiyi oğlan uşağının da vəziyyətinin normal olduğu bildirilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol