COVID-19 pasportu və ya immunitet sertifikatı tələbinin hansı iş yerlərinə aid ediləcəyi açıqlanıb

2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbinin hansı iş və xidmət sahələrinə aid edilməsi açıqlanıb.
Anews.az-ın əldə etdiyi məlumata görə, qeyd edilən tələb bütün iş və xidmət sahələrinə aiddir.
Belə ki, bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























