• $
  • €
  • ₽
  • ₺
  • £

Məscidlərdə Cümə namazları belə qılınacaq

Məscidlərdə Cümə namazları belə qılınacaq
27.05.2021 14:10
 Məscidlərdə Cümə namazları növbəli qılınacaq. Bunu "Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay deyib.

"İki ilə yaxındır ki, məscidlər pandemiya səbəbindən bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə iyunun 10-dan etibarən dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa ediləcək. Bu qərar bütün dindarları sevindirdi” - deyə Hacı Surxay bildirib. 

O, həmçinin  bildirib ki, say məhdudiyyəti ilə namazların qılınması normal qəbul edilir:

"Bu, o demək deyil ki, 50 nəfərin hamısı bir yerdə namaz qılacaq. İnsanlar növbəli və mərhələli şəkildə maska taxaraq, sosial məsafə qaydalarına riayət edərək namazlarını qıla biləcəklər. Ümid edirəm ki, gələcəkdə yumşalma tədbirlərinin fəaliyyəti genişləndikcə ibadət üçün gələnlərin say məhdudiyyəti artacaq. Yəni, Cümə namazları növbəli qılınacaq. Digər məsələlər isə proses zamanı tənzimlənəcək”.

QMİ rəsmisi hesab edir ki, bu gün üçün ibadət edilməsi üçün 50 nəfər say tələbi qənaətbəxşdir:

"Axundu olduğum İçərişəhərdə məscidində insanların giriş-çıxışına nəzarət üçün müvafiq göstərişlər verilib. Hətta ibadətə gələnlərin hərarətinin ölçülməsi üçün cihaz da alınıb. Cümə namazları zamanı adətən sıxlıq müşahidə olunur. Bu səbəbdən həmin gün insanların növbəli şəkildə içəri girməsi təmin ediləcək. Hesab edirik ki, hər bir inanclı insan bizim tövsiyələrimizə əməl ediləcək”.

"Ötən gündən başlayaraq QMİ sədrinin tövsiyələrinə uyğun olaraq ölkədə fəaliyyət göstərən məscidlərdə lazımi işlərə başlanılıb. Onsuz da məscidlər təmiz olur, amma yenə də təkrar olaraq təmizlənir. Məscidlərə ibadətə gələn şəxslər maskadan istifadə edəcək, sosial məsafə qorunacaq, tibbi spirtlərdən istifadə təşkil ediləcək. Həmçinin dindarlar pak və dəstəmaz alaraq məscidə gəlir”, - din xadimi fikirlərinə əlavə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox