İmran Xan: "Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub"

"Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub".
"Report"un məlumatına görə, bu fikirlər Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























