Suya görə kütləvi dava, iki nəfər xəstəxanalıq oldu

Cəlilabad rayonunda sakinlər arasında kütləvi dava olub.
"Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb.
Əkin sahəsində baş verən kütləvi davada Alar kənd sakinləri – 1991-ci il təvəllüdlü Hüseynov Xalid Hakim oğlu və 1996-cı il təvəllüdlü Balakişiyev Salam Rizvan oğlu döyülüb.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır
www.anews.az
Son xəbərlər 
Daha çox 























