• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda şirkət rəhbəri həbs olundu

Bakıda şirkət rəhbəri həbs olundu
29.05.2014 12:48
"Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, "Merac Holdinq" şirkətinin İdarə Heyətinin sədri Səbuhi Əliyev qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zaqatala-Balakən bölgəsində baş vermiş təbii fəlakətdən zərər çəkən ailələr üçün nəzərdə tutulan yaşayış evlərinin tikintisinin aparılmasında subpodratçı kimi işləmək üçün "Bakıenerjitikinti" ASC-nin əməkdaşına guya tanıdığı vəzifəli şəxsin köməyi ilə inşa ediləcək 204 evin tikintisinin həmin cəmiyyətə həvalə olunacağını vəd edərək ondan bunun müqabilində hər ev üçün 120 manat olmaqla 24 min 480 manat pul istəyib. S.Əliyev həmin məbləğin 20 min manatını şirkətin ofisində alarkən cinayət başında yaxalanıb.Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb.S.Əliyevin yaşadığı mənzilə baxış zamanı ayrı-ayrı vətəndaşlara aid şəxsiyyət vəsiqələri və hərbi biletlərin surətləri, tibbi arayışlar, yaşayış yeri və ailə tərkibi haqqında arayışlar, fotoşəkillər və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.S.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda S.Əliyev tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol