• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Ukraynada azərbaycanlıları döyənlərin kimliyi bəlli oldu

Ukraynada azərbaycanlıları döyənlərin kimliyi bəlli oldu
01.06.2021 20:30
Mayın 29-də Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlıların hücuma məruz qalmasının təfərrüatı məlum olub.

Anews.az  "Report"a istinadən xəbər verir ki, hadisə zamanı ümumilikdə beş azərbaycanlı döyülüb.

Bunlar Kiyevin Dniprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarov olub.

Bildirilib ki, onlara xəsarət yetirən Kiyev vilayət polisinin mülki geyimli əməkdaşları olub. Hadisəyə səbəb bir neçə maddə üzrə təqsirli bilinərək saxlanılmış, 1973-cü il təvəllüdlü azərbaycanlı Əfsər Məmmədovun mayın 28-də İrpen Şəhər Məhkəməsindən iclas fasiləsi zamanı qaçması olub.

Belə ki, Əfsər sözgedən Məmmədov qardaşlarının əmisi olub və qaçdıqdan sonra onlarla əlaqə saxlayıb. Mülki geyimli polis əməkdaşları Ə.Məmmədovun qaçdıqdan sonra qohumları ilə əlaqə yaratdığı və onların işlədiyi yerə gəldiyi barədə məlumata malik olduqlarını bildiriblər.

Daha sonra onlardan Əfsərin yerini tələb ediblər. Qohumları inkar etdikdə isə polislər onlara güc tətbiq edərək xəsarət yetiriblər.
Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətə götürüb və hadisə ilə bağlı ölçü götürülməsi üçün Respublika Baş Prokurorluğuna müraciət edib.

Ukraynada Azərbaycan diasporunun hüquqşünası isə xəstəxanada xəsarət alan azərbaycanlılarla görüşərək onların müraciətini yazılı şəkildə alaraq Ukrayna Dövlət İstintaq Bürosuna təqdim edib. Azərbaycan DİN-in Ukrayna səfirliyindəki nümayəndəsi, diaspor rəhbəri xəstəxanada zərərçəkən azərbaycanlılara baş çəkiblər. Hadisə nəzarətdə saxlanılır.

Qeyd edək ki, Ə.Məmmədov ötən gün saxlanılaraq istintaqa təhvil verilib.
 







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol