İlyas İsmayılov sevincini bölüşdü

Millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov baba olub. Deputatın jurnalist Sevil Nuriyeva ilə ailə quran oğlu Etimad İsmayılovun oğul övladı dünyaya gəlib.
İ.İsmayılov baba olma sevincini AzVision.az-la bölüşüb. Deputat bu xəbərə sevindiyini gizlətməyib.“Təbrikləriniz üçün çox sağ olun, təbii ki, sevindirici bir hissdir. Hələ ki, Türkiyəyə getmək planım yoxdur. Yəqin ki, nəvəmlə nə vaxtsa görüşəcəyik. Hələ şəklini də görməmişəm”-deyə millət vəkili bildirib.Qeyd edək ki, millət vəkilinin oğlu Etimad İsmayılov 2011-ci ildə tanınmış aparıcı Sevil Nuriyeva ilə ailə həyatı qurub. Onların İlyas adlı oğul övladı dünyaya gəlib. Cütlük hazırda İstanbulda yaşayır.ANN.Az
























