Azərbaycanda 30 milyard kub metrə qədər su ehtiyyatı var.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov anews.az-ın sualına cavab verərkən deyib.
"Növbəti illərdə su ehtiyatının azalacağı proqnozlaşdırılır. Azərbaycan dünyada azsulu ölkə kimi qiymətləndirilir. Hazırda 30 milyard kub metrə qədər su ehtiyatımız var. Bu ehtiyatların 70 faizi Azərbaycandan kənarda formalaşan sulardır. Dünyada baş verən qlobal istiləşmə Azərbaycandan da yan keçməyib. Son 50 ildə su ehtiyatlarımızın 10 faizə qədər azalmasıyla bağlı məlumatlar var. Növbəti 30 ildə bu ehtiyatların 8-10 faizə qədər azalacağı gözlənilir. Buna görə də azad olunmuş ərazilərdə su ehtiyyatlarımızın qorunması məsələsində diqqətli olmalıyıq" - deyə nazir müavini qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az