• $
  • €
  • ₽
  • ₺
  • £

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı
04.06.2021 18:20
"İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC-ın) müxbiri Məhərrəm İbrahimovun və daha bir mülki vətəndaşımızın minaya düşərək həlak olması, bir neçə nəfərin yaralanması Ermənistanın terrorçu əməllərinin növbəti əyani sübutudur”,  bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı bəyanatda deyilir.

"Bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi minlərlə insanın həyatını təhlükəyə məruz qoyur və bu gün olduğu kimi günahsız insanların ölümü ilə nəticələnir.

Törədilən terror aktı beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının ağır pozuntusu olmaqla, Ermənistanın sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa saymazyana münasibətinin, cəzasızlıq mühitinin formalaşdırılması səbəbindən bu kimi qeyri-insani davranışları vərdiş halına gətirməsinin və humanist ideyaları təcavüzkar milliyyətçiliyə qurban verməsinin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilmiş qeyri-insani hərəkətlər, nadir mədəni tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, tarixi reallıqların lentə alınaraq əbədiləşdirilməsi məqsədilə ən çətin şəraitdə çalışarkən həlak olmuş jurnalist həmkarlarımızın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə başsağlığı verir, Allahdan onların əzizlərinə və doğmalarına səbr diləyirik”, - bəyanatda qeyd edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol