Sabaha gözlənilən hava proqnozu açıqlanıb

İyunun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Anews.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 24-28 isti, Bakıda gecə 18-20 isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
İyunun 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























