• $
  • €
  • ₽
  • ₺
  • £

Xarkovda "Xarı bülbül" Azərbaycan dili məktəbi açılıb

Xarkovda "Xarı bülbül" Azərbaycan dili məktəbi açılıb
08.06.2021 21:00
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xarkov şəhərində Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) nəzdində yaradılan "Xarı bülbül" Azərbaycan dili məktəbinin açılış mərasimi olub.

Dövlət Komitəsindən verilən məlumata görə, təntənəli tədbirdə Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının - Xarkovdakı "Dostluq" Azərbaycan–Ukrayna Cəmiyyətinin, Dnepr Azərbaycanlıları Liqasının İdarə Heyətinin üzvləri və yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Qonaqlar məktəblilərə müxtəlif məktəb ləvazimatları, Azərbaycan dilində bədii kitablar və xüsusi olaraq diaspor məktəbləri üçün nəşr edilmiş dərsliklər hədiyyə ediblər.

Mərasimdə UABD sədri Hikmət Cavadov və başqaları çıxış edərək, Azərbaycan dilində məktəbin açılması münasibətilə soydaşlarımızı və onların övladlarını təbrik edib, məktəbə rəhbərlik edən "Aynur - Xatun" təşkilatının sədri Kiyafət Cəfərovaya təşəkkürünü bildirib.

Məktəb sentyabr ayından fəaliyyətə başlayacaq və öz qapılarını şagirdlərin üzünə açacaq. Məktəbdə Azərbaycan dili və ədəbiyyatı, tarixi və digər fənlər tədris olunacaq. Qeyd edilib ki, ana dili hər bir millətin ən böyük nemətidir və xaricdə yaşayan azərbaycanlıların övladları yerli cəmiyyətə inteqrasiya olunmaqla yanası, öz doğma dilini unutmamalı və onu mükəmməl şəkildə mənimsəməlidirlər.

Tədbir çərçivəsində Xarkovda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının aparıcı şəxslərilə diasporun inkişafına dair müxtəlif aktual məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol