Sabah Günəş tutulacaq

İyunun 10-da cari ilin ilk Günəş tutulması hadisəsi baş verəcək. Bu tutulma halqavari Günəş tutulmasıdır.
Bu barədə Anews.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bu Günəş tutulmasının halqavari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























