Azərbaycana 40 min doza vaksin gətirilib

Azərbaycana koronavirus əleyhinə daha 40 min doza Rusiya istehsalı olan "Sputnik V" vaksini gətirilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Ölkə ərazisində COVID-19 əleyhinə vaksinasiyaya bu il yanvar ayının 18-dən etibarən başlanılıb. "Sputnik V” vaksininin tətbiqi isə mayın 18-dən həyata keçirilir. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş "Sputnik V” ilə peyvənd oluna bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























