Azərbaycanda icra məmuru döyülüb - VİDEO

Azərbaycanda icra məmuru döyülüb.
"Report”un məlumatına görə, bu barədə sosial şəbəkədə vəkil Adəm Məmmədov videogörüntü paylaşıb.
O bildirib ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin əməkdaşı Faiq Əkbərov icra məmurunun səlahiyyətləri çərçivəsində qanuni tələblər irəli sürərkən döyülüb.
Hadisənin nə vaxt baş verdiyi barədə məlumat yoxdur.
www.anews.az
























