• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Kürün suyu azalacaqmı? - RƏSMİ

Bu il Kürün suyu azalacaqmı? - RƏSMİ
14.06.2021 14:59
Mingəçevir su anbarında 2020-ci illə müqayisədə bu il  toplanan su ehtiyatlarının daha çox olması səbəbindən 2021-ci ildə Kür çayının aşağı axınında su çatışmazlığı təhlükəsi azalıb. Bunu Anews.az-ın sorğusuna cavabında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
 
"Bu il dağlıq ərazilərdə qar ehtiyatının keçən ildən bir qədər artıq olub. Aprel və mayda Kür çayının yuxarı axınında orta sululuq 2020-ci il ilə müqayisədə 16%, aşağı axınında isə 10% çox olub. Bununla yanaşı Mingəçevir su anbarında ötən illə müqayisədə toplanan su ehtiyatlarının çoxluğu, bu il Kür çayının aşağı axınında su çatışmazlığı təhlükəsini azaldır”, – deyə Mütəllim Əbdülhəsənov bildirib. 
 
Onun sözlərinə görə,  Kür çayının yalnız 10%-ə qədəri Türkiyə ərazisində formalaşır. Odur ki, Kürün Türkiyədən keçən hissəsində su anbarının tikintisi çayın su ehtiyatlarına ciddi təsir etmir. 
 
Nazirlik rəsmisi həmçinin bildirib ki, Azərbaycanda həyat standartlarının artması səbəbindən içməli suya olan tələbat da artıb. 

"Azərbaycanın ümumi yerüstü şirin su ehtiyatları 30 milyard m3, yeraltı   isə - 9 milyard m3-dir. Ölkə əhalisinin artımı, həyat standartlarının yüksəlməsi və iqtisadiyyatın inkişafı nəticəsində içməli suyun istehlakı ildən ilə artır. Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına əsasən 2020-ci ildə  401 milyon m3 su istifadə edilib", -  deyə Əbdülhəsənov vurğulayıb.
 
Onun sözlərinə görə, ölkənin su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə  ETSN və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə Xocasən gölündən götürülən su təmizləyici qurğulardan keçdikdən sonra suya qənaət imkanı verən damcılı suvarma sistemi  tətbiq olunur. Nətcədə  40 hektar yeni salınmış yaşıllığın suvarılması bu yolla həyata keçirilir.
 
Xatırladaq ki, 2020-ci ildə Kürün suyunun quruması səbəbindən Azərbaycanın Aran rayonları su qıtlığı yaşayıb. 
 
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol