Təcili tibbi yardım avtomobili yanıb

Gəncədə yanğın hadisəsi baş verib.
Hadisə şəhərin Bağman adlanan ərazisindəki Təcili tibbi yardım məntəqəsində qeydə alınıb. Məntəqədə dayanan "Mercedes” markalı təcilli tibbi yardım avtomobili anidən yanıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürüb. Yanğın zamanı avtomobilin sürücüsü, 1964-cü il təvəllüdlü Həsənov Ruzi Zabit oğlu yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən Ruzi Həsənova tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























