• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni prorektor qayınatasını əvəzləyib?

Yeni prorektor qayınatasını əvəzləyib?
25.06.2021 13:05
Təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyinatı ilə bağlı əmr imzalayıb. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə Kamran Rəsulov təyin olunub.

Sosial şəbəkələrdə yeni prorektorun daha əvvəl bu vəzifəni icra edən Abuzər Mirzəliyevin kürəkəni olduğu və nazirin qayınatanı kürəkənlə əvəz etdiyi bildirilir. 

"Qafqazinfo” sosial şəbəkələrdə müzakirələrə səbəb olan məlumata aydınlıq gətirmək üçün universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb. AzTU-nun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumat yanlışdır: "Kamran Rəsulov Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Bundan əvvəl isə həmin vəzifəni Tərbiyə işləri üzrə prorektor İsa Xəlilov icra edib. İsa Xəlilov işdən çıxıb, sonra nazirlik tərəfindən yeni Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi təsis olunub və ora Kamran Rəsulov təyin olunub.

Abuzər Mirzəliyev isə ay yarım öncə səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən ayrılıb. Yəqin ki, bu yaxınlarda onun da yerinə təyinat olacaq. Onun tutduğu vəzifə isə İnzibati təsərrüfat işləri üzrə prorektor vəzifəsi idi”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol