• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Hindistan ştammı təhlükəsi

Azərbaycanda Hindistan ştammı təhlükəsi
25.06.2021 15:14
Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı - "Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir.

Artıq dünyanın 11 ölkəsində yeni ştamma rast gəlinib.

Alimlər COVID-19-un Hindistan ştammına (DELTA) yoluxmuş xəstələrin dörd yeni simptomla qarşılaşdıqlarını bəyan edirlər. Belə ki, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Halbuki pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi. Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var. "Delta” variantı son altı ayda 60-dan çox ölkədə yayılıb.

Mütəxəsislər "Delta Plus”un (K417N) ilk dəfə Cənubi Afrika qeydə alındığını iddia edirlər. Bu da o deməkdir ki, hind variantlı ştamm Cənubi Afrika növü ilə qarışıqdır. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur.
 
Eyni zamanda bu virus ağciyər hüceyrələrinə daha asan düşür. Lakin yenə də bu sahədə tədqiqatlar davam edir. Delta ştammı daha çox gənc və iki doz peyvəndi vurdurmayan şəxslərdə müşahidə edilir. İlkin araşdırmalara görə Pfizer-Biontech vaksinin iki dozasının yeni ştamma qarşı 80 %-in üzərində effektiv olduğu bildirilir.

"Delta” variantına qardaş ölkə olan Türkiyədə də yoluxan şəxslər olub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca 134 belə faktın olduğunu təsdiqləyib.

Bu da o deməkdir ki, Hindistan ştammı Azərbaycana hər an daxil ola bilər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib ki, hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparılır:

"Bu günə kimi ölkədə Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev isə  açıqlamasında deyib ki, "Delta” variantının fərqli populyasiyalarda sürətlə yayıldığını və ölüm riskində müxtəlif fərqlər yaratdığını elmi tədqiqatlar da göstərir:

"Hətta bu barədə aprel ayının əvvəlindən Azərbaycana xəbərdarlığım da olub. Televiziya vasitələ insanlara bu ştammın təhlükəsini və buna qarşı olunmalı olan tədbirləri izah etməyə çalışdım. Bir neçə ay keçib və müşahidə edirik ki, Hindistan ştammı dünyada COVID-19-un yeni dalğasının yaranmasına və yaxud yaranacağına səbəb olur”.

Nuran Abdullayevin sözlərinə görə, bu gün Azərbaycanın qarşısında duran məqsəd o olmalıdır ki, yeni ştammın ölkədə yayılmasının qarşısı maksimum dərəcədə alınsın: "Ən vacib faktor yeni ştamma qarşı yüksək effektivli peyvəndlərdən istifadə etməkdir. Azərbaycanın əlindəki bugünkü imkanlarla müəyyən formada koronavirusun "Delta” variantına qarşı tez bir zamanda effektli peyvəndlərlə insanları vaksinasiyaya cəlb etmək labüddür. Mən inanıram ki, artıq effektli peyvəndlərin nə demək olduğunu artıq hər kəs başa düşür”.

Bu ilin mart ayında Azərbaycanda "Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi.

Bu günə qədər ölkədə 335 676 nəfər COVID-19-a yoluxub. Onlardan 329 870 nəfəri artıq sağalıb. Ümumilikdə isə virusa yoluxan 4 965 nəfər dünyasını dəyişib.(report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol