Ermənilər özləri basdırdıqları minaya düşdülər

Bu gün günorta saatlarında Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.
Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Bildirilib ki, 3 erməni özlərinin basdırdıqları minaya düşüb. Güclü partlayış nəticəsində 1 erməni yerindəcə ölüb. Ağır xəsarət alan digər 2 erməni isə təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb.
www.anews.az
























