• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan aldığımız yeni qatarlar geri qaytarılıb? - Foto

Rusiyadan aldığımız yeni qatarlar geri qaytarılıb? - Foto
01.07.2021 10:29
Bakı Metropoliteninin Rusiyadan aldığı yeni vaqonlar yolda olarkən naməlum şəxslər tərəfindən üzərinə qraffiti ilə şəkillər çəkildiyi bildirilir. Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb. 


Anews.az-ın məlumatına görə, Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb: "Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların "Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur.


Ümumiyyətlə, qatarların yolboyu saz-sağlam və xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür. Ümumən qatarlar Bakıya çatdıqda və "Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu, həmişə belə olub və bu dəfə də belə olacaq”.


Yayılan ilkin məlumata görə, Rusiya ərazisində olarkən üzərinə qraffiti çəkildiyi üçün vaqonlar geri qaytarılıb.


 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol