Ermənistan müharibədəki itkilərlə bağlı son məlumatı açıqladı

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.
Qeyd edilir ki, 2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 iyununa qədər məhkəmə-tibb ekspertizasından 3 783 meyit və qalıqlar keçirilib.
"25 iyuna olan məlumata görə, 81 nümunə DNT ekspertizası mərhələsindədir”, - nazirlikdən bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























