Xəzərdəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA (VİDEO) - YENİLƏNİB
![Xəzərdəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA (VİDEO) - YENİLƏNİB Xəzərdəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA (VİDEO) - YENİLƏNİB](https://anews.az/photo/850x500/2021-07/1625424310_deniz1625423799.jpg)
Xəzər dənizininin partlayış qeydə alınan hissəsində araşdırma aparılır.
Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
O bildirib ki, hadisə ilə bağlı dəqiq məlumat əldə etmək üçün əraziyə gəmi göndərilib:
"Mütəxəssislərdən ibarət qrup artıq hadisə yerinə yollanıb. Araşdırma aparılır. Əlavə məlumat olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək”.
*******
SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
Anews.az xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
"Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər