• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın institutlarından birinin adı dəyişdirilir

AMEA-nın institutlarından birinin adı dəyişdirilir
10.07.2021 19:00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Toplantıda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyaziyyat, Mexanika və Tətbiqi Tədqiqatlar İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub.

Həmçinin akademik Möhsün Nağısoylunun 75, akademik Hacıbəy Sultanov və AMEA-nın müxbir üzvü Kərim Kərimovun 100, akademik Firuz Məlikovun isə 120 illik yubileyinin keçirilməsi haqqında qərar verilib.

Bundan əlavə, iclasda kadr məsələlərinə də baxılıb. Belə ki, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Respublika Seysmoloji Xidmət Mərkəzinin, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov Rəyasət Heyətinin nəzdində Təbiət Tarixi Muzeyinin, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Pənah Muradov Mikrobiologiya İnstitutunun və biologiya elmləri doktoru, professor Ulduz Həşimova akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər. (report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol