• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Bakı metrosunda maska reydi keçirdi

Polis Bakı metrosunda maska reydi keçirdi
12.07.2021 12:36
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirib.

Polis əməkdaşları metronun "28 May" stansiyasında düzgün maska taxmayan şəxlərlə profilaktik söhbət aparıb.
Həmin şəxslərə maskadan düzgün istifadə etməyin vacibliyi çatdırılıb.

DİN-nin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədi ilə DİN və polis əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq nəzarət profilaktik tədbirlər davam etdirilir:

"Nazirlər Kabinetinin qapalı məkanlarda, ictimai nəqliyyatda, eləcə də metroda maska taxmağın məcburi olması ilə bağlı qərarına uyğun insanlar bu qərara riayət etməlidir. Maskalardan düzgün istifadə edilməlidir. Maskalar ağız və burun nahiyəsini tam olaraq bağlamalıdır. Əks halda bu həm insan sağlamlığı üçün təhlükəlidir, həm də həmin şəxslər maskadan düzgün istifadə etmədiklərinə görə qanunvericiliyin tələbinə uyğun olaraq cərimə edilirlər. Bu səbəbdən hər kəsi qaydalara əməl etməyə və maskalardan düzgün istifadə etməyə çağırırıq”.

Metroda maska taxılması məcburidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol