• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkillərlə bağlı mübahisəli dəyişiklik qüvvəyə mindi

Vəkillərlə bağlı mübahisəli dəyişiklik qüvvəyə mindi
16.07.2021 23:21
Xəbər verdiyimiz kimi, Mülki Prosessual Məcəllədə dəyişiklik edilib.

Anews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, məhkəməyə dəfələrlə əsassız vəsatət, şikayət verən vəkili və tərəfləri 500 manatadək cərimələmək hüququ verilib.

Sənəddə göstərilir ki, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən, dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.

Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən ediləcək.

Qeyd edək ki, qanunvericiliyə təklif edilən əvvəlki dəyişiklikdə öncə vəkillərin cərimələnməsi nəzərdə tutulurdu. Müzakirələrdən və vəkillərin etirazından sonra əlavə dəyişiklik olundu və məhkəmədəki hər bir tərəfin əsassız vəsatət verərək, prosesi uzadacağı təqdirdə cərimələnməsi əlavə olundu.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol