• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda baytar həkimlər özəl xidmətə keçidə hazırlanır

Azərbaycanda baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
27.07.2021 10:47
Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində dövlət baytarlıq sistemində çalışan baytarların özəl xidmətə hazırlanması məqsədilə təlimlərə başlanıb.


Anews.az bu barədə nazirliyə istinadən xəbər verir.


Məlumata görə, özəl baytarlıq xidmətinə keçid prosesinə ölkə prezidentininin 22 aprel 2020-ci il tarixli "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanı ilə start verilib. Prosses bu gün mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1 624 sahə baytar həkimini əhatə edir. Özəl xidmətə keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirləri (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) baytar həkimlər əmək müqaviləsi ilə yox, xidməti müqavilə və təsdiq edilmiş preyskurant əsasında həyata keçirəcəklər. Bundan əlavə, fermerlərin öz vəsaitləri hesabına maliyyələşən digər müalicə və profilaktika tədbirləri baytarlarla fermerlər arasında müəyyən razılaşma əsasında ödənişli həyata keçiriləcək.


Sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsinin məqsədi bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq baytarlıq xidmətlərinin rəqabətliliyini artırmaq və bununla da fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.


"Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinin baytarlıq üzrə eksperti Məsud Xatibi bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilən bu dövlət siyasəti heyvanlar arasında xəstəliklərin azaldılmasına və bununla gələcəkdə heyvan xəstəliklərinə sərf edilən büdcə xərclərinin qənaətinə, baytarların bilik və bacarıqlarının artırılmasına və daha yüksək gəlir əldə etmələrinə, baytarlıq fakültəsini yeni bitirmiş məzunların işlə təminatının asanlaşmasına yönəlib: "Bununla yanaşı, baytarlıq peşəsinin hüquqi müdafiəsinin təmin edilməsi məqsədilə baytarlıq statuar orqanının - Baytarlıq Palatasının yaradılması da nəzərdə tutulur. Palata baytar həkimlərin və texniklərin səlahiyyət və etik professional davranış standartlarına nəzarətin həyata keçirilməsini, baytar həkimlərinə lisenziyaların verilməsi, yeni biliklərə nail olunması üçün mütəmadi təlimlərin keçirilməsi, baytarlıq fakültəsinin tədris proqramına təhsillə əlaqədar yeniliklərin əlavə edilməsi, normativ və inzibati prossedurların aparılması və qeydiyyatı kimi işlərin həyata keçirilməsinə imkan yaradacaq”.


Təlimlər hər rayonda 3 gün olmaqla, 52 rayonda keçiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar dərslər 10 nəfərdən ibarət qrupları əhatə edəcək və ümumilikdə təlimlərdə 1416 baytar həkim iştirak edəcək. Təlimlərdə baytar həkimlərinə xəstəliklərlə yeni mübarizə üsulları, istifadə olunan yeni növ dərman preparatları barədə, eləcə də sahibkarlıq və biznes fəaliyyətinin təşkili mövzularında məlumat veriləcək. Təlimçilər Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyətindən, baytarlıq sahəsində beynəlxalq təcrübəsi olan mütəxəssislərdən, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təcrübəli təlimçilərdən seçilib.


Təlim keçmiş bütün sahə baytar həkimləri özəl fəaliyyət göstərmək üçün layihə tərəfindən lazım olan baytarlıq ləvazimatı və avadanlıqlarla təmin olunacaqlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol