• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda aksiya: "Evimizi sökün"

Bakıda aksiya: "Evimizi sökün"
29.05.2020 10:06

Bakıda 100-ə yaxın sakin etiraz aksiyası keçirir. “Böyük Şor” gölü ətrafı, Daş karxanası deyilən ərazinin sakinləri evlərinin sökülməməsindən narazıdır.

Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, Böyük Şorda Olimpiya stadionunun tikintisi ilə əlaqədar ərazidə olan evlər sökülməli idi. Bunun üçün Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidə yerləşən evlərdə dekabr ayından bu yana 6 dəfə ölçü işləri aparıb. Sakinlərin sözlərinə görə, ölçü işləri aparılsa da kompensasiya ilə bağlı heç bir söz deməyiblər.Sakinlər bildirir ki, Olimpiya stadionunda tikinti işləri davam etdiyinə görə, stadiona yaxın “Daşkarxanası“ kimi tanınan ərazidə yerləşən evlərə ciddi zərər dəyib.“Evlərimizin divarları çatlayıb. Kommunal xətlər sıradan çıxıb. Tikintidə ağır texnikadan istifadə edildiyinə görə, evdə oturmaq olmur. Bu səbəbdən evlərin divarları zədələnib. Uçma ehtimalı var. Tələb edirik ki, bir halda ölçü işləri aparıblar, gəlib, evlərimizi söksun, bizi başqa yerə köçürsünlər. Artıq səbrimiz tükənib. Dözə bilmirik”, - deyə aksiya iştirakçıları bildirib.Sakinlər deyir ki, Nərimanov rayon İcra Hakimiyyətindən əraziyə nümayəndə gəlməsə, magistral yolu bağlayacaqlar.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol