• $
  • €
  • ₽
  • ₺
  • £

Bloqer Rusiya pasportu ilə Qarabağa buraxıldı - VİDEO

Bloqer Rusiya pasportu ilə Qarabağa buraxıldı - VİDEO
27.07.2021 11:15
Rus bloqer Sergey Vasilyev öz dostu ilə Rusiya pasportu ilə Qarabağa keçə bilib.


"Qafqazinfo” xəbər verir ki, o, dostu ilə həyata keçirdiyi səfərini əvvəldən sona qədər lentə alıb və öz yutub kanalında yerləşdirib.


Vasilyev yol boyu ermənilərlə söhbət apararaq Qarabağa kimlərin buraxıldığını soruşub. O bildirib ki, rus sülhməramlıların olduğu ilk yoxlanış məntəqəsinə çatdıqda Rusiya şəxsiyyət vəsiqəsi ilə buraxılacağını düşünmürdü. Lakin ona heç bir problem yaratmadan buraxıblar. Daha sonra səfərini davam etdirən S. Vasilyev ikinci məntəqəyə çatdıqda onlara xaricilərin buraxılmadığını desələr də, sonradan buraxıblar.


Bloqerin lentə aldığı kadrlardan bir erməninin maşınında Şuşa şəhərinə qədər gəldiyini, daha sonradan Xankəndinə getdiyini görmək mümkündür.


O, rus sülhməramlıların olduğu bütün məntəqələrdən keçdiyini və Xankəndinə qədər gəldiyini deyir. Bütün video boyu rus bloqer Qarabağda sərbəst şəkildə hərəkət edir.


 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.


 MDB vətəndaşlarının Qarabağa  buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi istiqamətdən olmalıdır. Laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridor rolunu oynayır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol