• $
  • €
  • ₽
  • ₺
  • £

“Şəhidin “qan pulu”nu ələ keçirmək üçün yalan dedim”

“Şəhidin “qan pulu”nu ələ keçirmək üçün yalan dedim”
27.07.2021 11:27
Bakıda şəhid ailəsini aldadaraq onlara mənzil veriləcəyini vəd edib şəhidin "qan pulu”nu mənimsəyən qohumuna hökm oxunub.


Anews.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş Azad Rzayev əmisi oğlu Mahir Rzayevin onlara şəhid ailələri üçün yeni tikilən binadan mənzil almaq üçün 10 000 manat lazım olduğunu bildirib:


"1995-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olan qardaşım Cəmil Rzayevin adına 2018-ci ildə dövlət tərəfindən 11 000 manat pul ödənilib. Mahir də evimizə gəlib şəhid ailələri üçün yeni tikilən binadan ev ala biləcəyini, lakin "şirinlik” üçün 10 000 manat lazım olduğunu dedi. Sonra Mahirlə telefonla danışanda narahatlığa heç bir səbəb olmadığını, 28 may 2019-cu ildə binanın açılışının olacağını dedi. Növbəti günlərdə sənədləşmənin nə yerdə olduğunu öyrənmək üçün zəng etdim, amma cavab vermədi. Sonuncu dəfə Naxçıvanda işləri olduğunu və Bakıya gələ bilmədiyini deyib əlaqəni kəsdi. Mahir şəhidin "qan pulu”na göz tikib mənimsədiyi üçün ona ən ağır cəzanın verilməsini xahiş edirəm”.


Mahir Rzayev ifadəsində deyib ki, şəhid ailələri üçün Bakıda yaşayış binasının inşa edilib-edilməməsindən xəbəri olmayıb:


"Azadgilə "qan pulu” verildiyindən xəbərim var idi. Onlarda pul olduğunu öyrəndim, həmin vaxt da özümün pula ehtiyacım vardı. Fikirləşdim ki, Azadı aldadıb pulu ələ keçirə bilərəm. Ona zəng edib yalandan dedim ki, şəhid ailələri üçün Bakı şəhəri ərazisində inşa edilmiş yaşayış binasından mənzillər verilir. Tanışlarımın olduğunu və həmin tanışlar vasitəsilə onlara tam təmirli 3 otaqlı mənzil ala biləcəyimi dedim. Pulu onlardan aldıqdan sonra binadan mənzil alınmasında köməklik göstərməsi üçün hər hansı bir şəxsə müraciət etməmişəm, bu işdə kömək edə biləcək tanışım da olmayıb. Pulu şəxsi ehtiyaclarıma xərcləmişəm və hazırda məbləği ödəməyə imkanım yoxdur”.


Mahir Rzayev Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol