• $
  • €
  • ₽
  • ₺
  • £

BDU rektorunun müşaviri bıçaqlandı - FOTO - YENİLƏNDİ

BDU rektorunun müşaviri bıçaqlandı - FOTO - YENİLƏNDİ
27.07.2021 15:40
7 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.  


Anews.az xəbər verir ki, bu barədə  BDU-nun mətbuat katibi Günel Orucəliyeva  məlumat  yayıb.  O, bildirib ki,  xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.


Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə  orqanları tərəfindən saxlanılıb.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
--------------------
 "Bakı Dövlət Universitetdə baş verən bıçaqlanma hadisəsindən məlumatlıyıq".


Bunu açıqlamasında nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.


E.Hacıyev bildirib ki, hadisəni törədən şəxs keçirilən təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri ilə müəyyən olunaraq saxlanılıb:


"Hadisənin təfərrüatları araşdırılır. Mirzə Mirzəyevi 1963-cü il təvəllüdlü İsmixan Mirzəyev bıçaqladığı müəyyən edilib.  Yaralı Mirzə Mirzəyevin vəziyyəti qənaətbəxşdir. Əlavə məlumat veriləcək". 

 -----------------------
BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.


 Unikal.org  məlumatına görə, hadisə Bakı Dövlət Universitetində baş verib. 


Hadisəni İsmixan adlı şəxs törədib.
 

 
Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndər anews.az-a hadisəni təsdiq edib. Bildirib ki, rəsmi açıqlama yaxın zamanda veriləcək. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol