• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə restoran inzibatçıları həbs edildi

Gəncədə restoran inzibatçıları həbs edildi
28.07.2021 19:53
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə profilaktiki görüşlər keçirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan  Anews.az-a verilən məlumata görə, görüş zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa işçi personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib.

Bundan başqa mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.

Anoloji tədbirləri ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları da keçirib. Monitorinq zamanı restorana COVİD-19 pasportu olmayan şəxslərin daxilm olmaq istəməsi aşkarlanıb ki, polis əməkdaşları həmin şəxslərlə profilaktiki söhbətlər apararaq mövcud qaydalar barədə məlumatlar verib. Bununla yanaşı obyekt sahibləri ilə marifləndirici söhbətlər aparılıb, mövcud qanunları pozulmasının məsuliyyət yaratması barədə məlumat verilib.

Qeyd edək ki, mütəmadi olaraq aparılan monitorinqlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən "Firüzə” və "Sübhan” şadlıq saraylarında Operativ Qərargahın tətbiq etdiyi qaydalar pozulduğuna görə inzibatçılar barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada həbs ediliblər.
 
 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol