• $
  • €
  • ₽
  • ₺
  • £

Misirli jurnalistlər Qarabağa səfərlərindən yazdı

Misirli jurnalistlər Qarabağa səfərlərindən yazdı
29.07.2021 18:19
Misirin "Əl Ğərar Əl Ərəbi” və "Əl Məsiy Əxbar Əl Yom” informasiya portallarında Ağdama səfər etmiş jurnalistlər Bedcət əl-Vəkil və Ayman Amerin işğaldan azad olunmuş Qarabağda aparılan bərpa-quruculuq işləri, həmçinin ermənilərin viran qoyduğu və təhqir etdiyi məscidlər haqqında məqalələri dərc edilib.

"Qafrqazinfo" xəbər verir ki, Bedcət əl-Vəkilin müəllifi olduğu məqalədə Ağdamda mövcud olmuş və dünyada təkcə Böyük Britaniyada analoqu olan Çörək muzeyi, 1868-ci ildə tikilmiş Cümə məscidinin erməni işğalçıları tərəfindən dağıdılması barədə məlumat verilir. Müəllif qeyd edir ki, may ayında bu şəhərə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev bütün tarixi və dini abidələrin, məscidlərin əvvəlki görkəmində bərpa olunacağını bəyan edib. Bu bölgədə "ağıllı kənd” salınacaq, habelə 44 kilometrlik yeni Bərdə-Ağdam yolu istifadəyə veriləcək.

"Prezident İlham Əliyev: Ermənistanla hərbi münaqişə başa çatıb və rekonstruksiya işlərinə başlanılır” sərlövhəli digər məqalədə Azərbaycanın dövlət başçısının Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirdiyi mətbuat konfransında Azərbaycanın Ermənistanla xroniki münaqişəyə son qoyması və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsi barədə sözləri sitat gətirilib. Müəllif diqqətə çatdırıb ki, Prezident İlham Əliyev regionda sülhün bərqərar olmasına çağırıb. Şarl Mişel, öz növbəsində, Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında möhkəm sülhün təmin olunmasında pozitiv rol oynamağa hazır olduğunu bəyan edib.

Məqalədə ermənilərin dağıtdığı Yuxarı Gövhərağa məscidi və başqa tarixi-dini abidələr haqqında ətraflı məlumat verilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Qarabağın incisi Şuşa şəhəri tezliklə Azərbaycanın və İslam aləminin ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevriləcək.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol