• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə səfirliyindən Azərbaycana təşəkkür

Türkiyə səfirliyindən Azərbaycana təşəkkür
30.07.2021 22:03
Türkiyənin Azərbaycandakı səfirliyi meşə yanğınlarının söndürülməsi üçün göstərilən yardımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

"Qafqazinfo” xəbər verir ki, səfirliyin "Facebook” səhifəsində yazılan paylaşımda deyilir:

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin cənub əyalətlərində baş verən yanğın fəlakətində Türkiyənin yanında olmaq barədə göstərişlərinə uyğun olaraq, qarşılıqlı koordinasiya ilə razılaşdırılmış ilk tam təchiz olunmuş yanğınsöndürmə yardım qrupunu və müxtəlif yanğınsöndürmə vasitələrini daşıyan təyyarə axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qalxaraq Türkiyəyə yola düşüb.
Kədər və sevincində hər zaman bir-birinin yanında olan ölkələrimizin qardaşlığını möhkəmləndirən bu dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, Milli Məclis Komissiyalarının rəhbərlərinə, millət vəkillərinə, Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla bütün əlaqədar ictimai qurum və təşkilatlara, qeyri-hökumət təşkilatlarına və qardaş Azərbaycan xalqına xüsusi təşəkkürümüzü bildiririk”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol