• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb

Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb
03.08.2021 10:25
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi­sin­də yerlə­şən sərhəd zastavasının xidməti sahəsində dövlət sər­hədi­nin pozulması əlamətləri aşkar edilib, sərhəd zastavası "Silaha” koman­dasına qaldırılaraq ərazi qapadılıb.

DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonu­nun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağla­manı götürərək "Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıblar.

Avtomobil sürücüsünün Moskva şəhər sakini 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəl­lüd­lü Məmiyev Teymur Adil oğlu olmaları müəyyən­ləş­diril­ib, onların götürdükləri bağlamalara keçirilən baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd "Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol