• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda "patı" satan qadın və daha 5 nəfər saxlanılıb

Lənkəranda "patı" satan qadın və daha 5 nəfər saxlanılıb
04.08.2021 10:59
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 6 nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ramin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqramdan artıq nakotik vasitə heroin, 109 qram "patı” kimi tanınan psixotrop maddə metafetamin aşkarlanaraq götürülüb.


Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini Ramin Əzizov saxlanılıb. Onun üzərindən 561 qram heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.


Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri Şahlar Möhsümzadə, Cavid Səlimzadə, Emin Cabarov, Vüsalə İbadova saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla E.Cabarovun ərzaq mağazasından 600 manat, V.İbadovanın isə mağazalardan birində satıcı işləyən qadının çantasından 1930 manat pul oğurladığı da müəyyən edilib.


Faktlarla bağlı araşdırma aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol