• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumətin son qərarı turizmin inkişafına imkan yaradacaq

Hökumətin son qərarı turizmin inkişafına imkan yaradacaq
04.08.2021 23:00
"Azərbaycana vətəndaşlarının giriş-çıxışına icazə verilən ölkələrin siyahısının genişləndirilməsi turizmin inkişafna imkan yaradacaq".

Bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişikliyi şərh edərkən deyib.

Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir: "Son siyahı əsasən Kanada, Avstraliya və Avropa ölkələrinə aiddir. Bildiyiniz kimi, Avropa ölkələri Azərbaycanın prioritet turizm bazarlarındandır. Biz düşünürük ki, bu turizmin inkişafı üçün müəyyən imkanlar yaradacaq. Hazırda 29 ölkənin rezidentlərinə Azərbaycana gəlməyə icazə verilib. İlk olaraq bu şərait Rusiya və Türkiyə vətəndaşlarına yaradılmışdı. Daha sonra bu siyahıya 7 ölkə əlavə edildi. Burada həm yaxın Şərq ölkələri, həm də Şimali Amerika ölkələri də daxildir. Biz düşünürük ki, bu coğrafiya daha da genişlənəcək. Çünki Azərbaycanda həm uğurlu vaksinasiya prosesi həyata keçirilir və əhalinin çox hissəsini əhatə edir, həm də sadalanan ölkələrdə də bu məsələ var. Belə ki, pandemiyaya qarşı mübarizə aparıldıqca, vaksinasiya prosesi getdikcə dünya üzrə turizm sahəsi də yavaş-yavaş bərpa edilməyə başlayır. Bu heç də onu deməyə əsas vermir ki, bu il tam bərpadan söhbət gedə bilər. Tam bərpa, yəni 2019-cu ilin göstəricilərinə qayıtma optimistik yanaşma ilə 2023-cü ildə gözlənilir. Amma bir qədər uzaq zaman götürüləndə 2025-ci ildə qlobal turizm və Azərbaycan turizminin özünü bərpa edəcəyi gözlənilir.

Əgər ötən illə müqayisə etsək rəqəmlərdə artım var. Bu artım həm Azərbaycandan xaricə gedənlərin, həm də xaricdən ölkəmizə gələnlərin sayında da müşahidə olunur. Faktiki olaraq ötən il turizm olmayıb”, - deyə o, qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol