• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyətindən intihara cəhd edən qazinin iddialarına - Münasibət

İcra Hakimiyyətindən intihara cəhd edən qazinin iddialarına - Münasibət
05.08.2021 12:39
ötən gün axşam saatlarında Vətən müharibəsi qazisi Bəhram Nuriyev feysbuk səhifəsində canlı yayım açaraq intihara cəhd edib. 


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qazi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirib və hazırda orada müalicə alır. B. Nuriyev bundan öncə sosial şəbəkə hesabında yazdığı statuslarında qeyd edib ki, yardım və ya maddi köməklik istəmir. O, yaşadığı Qəbələ rayonunun İcra Hakimiyyətinə müraciət edib: "Sadəcə gəlin, arada bir maraqlanın görək Vətən uğrunda sağlamlığını itirənlər necə yaşayır?! Elə də çox uzaq məsafə deyil şəhərdən...”


Digər bir statusunda isə qazi müharibədən sağ çıxdığı üçün dediyi qurbanlıq qoyunu 9 aydır hələ də ala bilmədiyini yazıb.

Qazinin sadaladığı məsələlərlə bağlı Qəbələ rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arif Allahverdiyev "Qafqazinfo”nun sorğusuna cavab olaraq indiyə qədər Bəhram Nuriyevlə dəfələrlə görüşüb köməklik göstərdiklərini bildirdi: 


"Bizim şöbə müdiri bayramlarda onun evində olub, sovqat aparılıb və özü ilə söhbətləşib. Dünən də həm evinə sovqat aparılıb, həm də medalı təqdim olunub. Qazimizin özü ilə bir neçə dəfə görüşmüşük və müalicəyə ehtiyacının olub-olmamasını soruşmuşuq. Deyib ki, bizim heç nəyə ehtiyacımız yoxdur. Bizim rayonun təşəbbüsü ilə Qəbələyə həkimlər gətirilmişdi və hotelə yerləşdirilərək 10 gün ərzində qazilərimizi müalicə elədilər. Əgər psixoloji probleminin olduğunu bilsəydik, onu da ora cəlb edərdik. Onun həmişə bizim gözümüz üstündə yeri olub. İşimizin adı nədir?! Qazilərimizə, şəhid ailələrinə qulluq etməkdir”. 


Adıçəkilən qazi eyni zamanda, aidiyyəti qurumların səhhəti ilə bağlı doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın düzgün olmadığını iddia edir. B. Nuriyevin sözügedən iddiaları ilə bağlı da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan gün ərzində cavab veriləcəyi bildirildi. 


 Bəhram Nuriyev 1990-cı ildə Qəbələ rayonunun Yengicə kəndində anadan olub. O, Vətən müharibəsində göstərdiyi şücaətinə görə "Şuşanın azad olunmasına görə” medalı iə təltif edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol