• $
  • €
  • ₽
  • ₺
  • £

Qohumunu öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərilib

Qohumunu öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərilib
12.08.2021 10:25
2021-ci ilin fevralın 9-da İmişli rayon sakini İsa Vəliyevin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə zərərçəkmişin əmisi oğlu Ceyhun Vəliyev rayonun Aranlı kəndi ərazisində yerləşən ərzaq mağazasının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar İsa Vəliyevi döyərək ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib, daha sonra həmin gün kəndin örüş otlaq sahəsində "Toyota Land-Cruiser” markalı avtomobilini onun üzərinə sürərək qəsdən öldürməyə cəhd edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ceyhun Vəliyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol