• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışladı

ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışladı
12.08.2021 21:41
"Baş Prokurorluğun Azərbaycanda məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayırıq”.
"Qafqazinfo”nun məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin yaydığı açıqlamada bildirilib.

Vurğulanıb ki, dünyada milyonlarla qadın məişət zorakılığının qurbanı olub:

"Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbəri bizi dərindən kədərləndirir.
Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacağıq”.
Qeyd edək ki, Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib. Bildirilib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır:
"Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961” Çağrı Mərkəzinə müraciət et!”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol