Metamfetamin satan bir nəfər saxlanılıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 7 büküm "patı" adlanan narkotik maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
www.anews.az
























