• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Bakıda əməliyyat keçirib, 14 nəfər saxlanılıb - Video

Polis Bakıda əməliyyat keçirib, 14 nəfər saxlanılıb - Video
16.08.2021 15:04
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələri ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 14 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olan Ramin Nuriyev saxlanılıb. Onun üzərindən və evindən 1 kiloqrama yaxın heroin və 64 qram metamfetamin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində əsasən Suraxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Qeyd edək ki, Ramin Nuriyev ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün "Rəmiş” adından istifadə edirmiş.

Bundan başqa Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Azər İmanov, Mehbalı Rzayev,Fərman Əliyev,Orxan İbrahimov və Rəşad Əsgərov da saxlanılıb.Bu şəxslərdən də külli miqdarda heron və metamfetamin aşkar edilib.

Azər İmanov və Mehbalı Rzayevin narkotik vasitələrdən istifadə etməsinin görüntüləri sosial şəbəkələrdə də yayılmışdı.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur Bağırov,Murad Qafarov,Ağamməd Vahidov,İlahə Rəhimova,Rəhman Hüseynov,Məhəmməd Əliyev ,Murad Məmmədzadə və Siruz Hacıyev saxlanılıblar.

Onların da üzərindən külli miqdarda heroin netamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Sonuncu əməliyyatlar zamanı ümumilikdə Suraxanı rayonunda 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol