• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq polisin vəkili döyməsi haqda xəbəri araşdırır

Prokurorluq polisin vəkili döyməsi haqda xəbəri araşdırır
17.08.2021 12:20
Şirvan şəhər prokurorluğu vəkil Coşqun İsgəndərovun zalda polislər tərəfindən döyülməsi ilə bağlı xəbərə reaksiya verib.


Şirvan şəhər prokurorluğundan bildirilib ki, 13 avqust 2021-ci il tarixdə saat 15:00-15:30 radələrində Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında cinayət işinə apellyasiya qaydasında baxılan zaman bilavasitə məhkəmə iclası zalında və binanın inzibati zonasında asayişin kobud formada pozulması barədə Şirvan şəhər prokurorluğuna Şirvan Apellyasiya Məhkəməsindən material daxil olub.


Qeyd olunan faktla bağlı hazırda Şirvan şəhər prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək".

Xatırladaq ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi haqda məlumatlar yayılıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol